reklam
» » Xanım icra başçısı ilə bağlı Prezidentə müraciət

reklam

Xanım icra başçısı ilə bağlı Prezidentə müraciət


“2014-cü ildən Abşeron rayonu Mehdiabad qəsəbəsi, Qarant y/m-də məskunlaşmışam. Qaçqınkomun balansında olan həmin ərazidə 2019-cü ildə Qaçqınkomla mənim aramda bağlanmış 5 illik müqavilə əsasında 50 km2 ərazidə "Uşaq əyləncə mərkəzi" mənim istifadəmdədir. Abşeron RİHB-nin balansında olmayan həmin əraziyə İradə Gülmmədova yaxın adamının adına saxta sərəncam verərək mənim hüquqlarımı pozubdur”.
Bu barədə Cəbrail rayonundan olan məcburi köçkün Məhəmmədəli Məmmədov “Yeni Sabah”a müraciətində qetd edib. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmmədova ilə bağlı şikayətini dilə gətirib və Prezident İlham Əliyevdən kömək istəyib:

“Birinci instansiya mənim xeyrimə Qətnamə qəbul etməsinə baxmayaraq, İcar başçısı İradə xanım Prezidentin apardığı islahatlarin əksinə çıxaraq Apellasiya Məhkəməsinin hakimi Ş. Abbasova və Ali Məhkəmənin Hakimi İ.Dəmirova təzyiq göstərərək verdiyi 255 saylı saxta sərəncamın qüvvədə saxlanmasına nail olub.

Məqsədim Sizin sayt vasitəsilə bu haqsızlıqlar barədə Cənab Prezideni məlumatlandırmaq, bu məmurlar barəsində tədbir görmək üçün aidiyyatı qurumların rəhbərlərin, ədiliyyə naziri Fikrət Məmmədovu və Prezidentin ərazilər üzrə köməkçisini məlumatlandırmaqdır”.



Paylaş:


Müəllif : Tarix:
18-11-2019, 18:29
  


loading...
Загрузка...