reklam
» » Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI - "Mən burada heç bir cinayət tərkibi görümürəm"

reklam

Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI - "Mən burada heç bir cinayət tərkibi görümürəm"


“Hadisə barədə məlumatlıyam. Ümid edirəm ki, məsələ araşdırıldıqdan sonra aydınlaşacaq”.

Regionxeberleri.com bildirir ki, bunu Modern.az-a açıqlamasında qardaşı Əlövsət Əliyevin adı miqrant alverində hallanan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, Əlövsət Əliyev miqrantlara yalnız hüquqi yardım göstərib:

“O Azərbaycandan qanunsuz miqrant aparmaqda günahlandırılır. Amma Əlövsət insanlara hüquqi yardım edib, bundan da hamımız məlumatlı idik. Mən burada heç bir cinayət tərkibi görümürəm”.

Saxta sənədlərin hazırlanmasına gəlincə, S.Rüstəmxanlı qardaşına qarşı irəli sürülən bu iddia ilə razılaşmır:

“Əlövsətin saxta sənəd düzəltmək kimi işlərlə əlaqəsi və imkanları yoxdur. O ancaq hüquqi yol göstərə bilər ki, insanlar o ölkəyə hansı yolla gedə bilər. Əvvəl də onların evinə gəliblər və axtarışlarda heç bir saxta sənəd tapılmayıb. İndi də tapılan sənədlərin heç biri Əlövsətin evindən çıxmayıb”.

Qeyd edək ki, Almaniya Federal Daxili İşlər Nazirliyi və Federal Kriminal Polisin ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev, iş yerlərinə basqın etdiyi, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin saxlanıldığı bildirilir.


Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 10:26
  


loading...
Загрузка...