reklam
» » Yeni icra başçısı kollektivə təqdim olundu və işə başladı - "...əlimdən gələni edəcəyəm"

reklam

Yeni icra başçısı kollektivə təqdim olundu və işə başladı - "...əlimdən gələni edəcəyəm"



Yasamal Rayon İcra Hakimiyyətinin yeni başçısı Elşad Həsənov kollektivə təqdim olunub.

Regionxeberleri.com bildirir ki, bu barədə Azvision.az -a yeni icra başçısı özü məlumat verib. E.Həsənovu kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
43 yaşlı icra başçısı ona göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib: "Artıq iş başındayam. Cənab Prezidentin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Elşad Eldar oğlu Həsənov təyin olunub.

E.Həsənov bu təyinatadək Milli Məclisin Yasamal rayonundan seçilən deputatı olub.


Paylaş:


Müəllif : Tarix:
13-11-2019, 11:23
  


loading...
Загрузка...