reklam
» » BAXCP-nin Ucar rayon təşkilat sədri qətlə yetirilib-Təcili

reklam

BAXCP-nin Ucar rayon təşkilat sədri qətlə yetirilib-Təcili


Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.

RegionXeberleri.com-un xəbərinə görə, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Cəbrayılov ötən gün axşam saatlarında orada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Cəbrayılov arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Cəbrayılov 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxu24.com qətlə yetirilən şəxslə bağlı məlumat əldə edib. Belə ki,Abbas Malik oğlu Cəbrayılov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ucar rayon təşkilatının sədridir. O, bu vəzifəyə 2014 cü ildən rəhbərlik edirmiş. Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası — 3 aprel 2004-cü ildə Millət Vəkili Qüdrət Həsənquliyev (Əbülfəz Elçibəyin Müşaviri) tərəfindən 2002-ci ildə birləşdirilmiş AXCP-in əsasında Təsis Konfransı çağırıldı,Qüdrət Həsənquliyev partiyanın lideri seçildi və Partiyanın məramnaməsində yer alan "Bütöv Azərbaycan" ideyası partiyanın adında yer alaraq Azərbaycan Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin ideoloji xəttinin davamçısı olan partiya fəaliyyətini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə davam etdirməyə başladı.






Paylaş:


Müəllif : Tarix:
10-11-2019, 16:20
  


loading...
Загрузка...