reklam
» » Məşhur mağazaya saxtakarlıq İDDİASI - Müştəriləri aldadır

reklam

Məşhur mağazaya saxtakarlıq İDDİASI - Müştəriləri aldadır

Bakı sakini məşhur brendi saxtakarlıqla günahlandırır.

Regionxeberleri.com-un Primetime.az-a istinadən məlumatına görə, belə ki, Hüseynova Aybəniz Sahil qızı "Pandora" brendindən şikayətçidir. Bu barədə saytımıza açıqlama verən A.Hüsyenova bildirib ki, mağazanın "28 Mall"dakı filialından alınan qolbaq 3 gündən sonra rəngini dəyişməyə başlayıb:

“Əslində onu mən almamışam, hədiyyədir. 17 oktyabrda həmin mağazadan alınıb. Alınandan bir həftə sonra qolbağı taxdım, lakin 3 gündən sonra saralma olduğunu hiss elədim. Amma qolbağa ətir vurulmayıb, ya da su dəyməyib. O baxımdan mağaza ilə əlaqə saxlayıb məsələni dedim. Bildirdilər ki, ya ətir vurmusunuz, ya da çimmisiniz. Pandoranın məhsullarına nə vaxtdan su və ya ətir dəyəndə saralır? Daha sonra direktor Nailə xanıma yaxınlaşdım. Sertifakatın göstərilməsini istədim, brend menecerlə danışmaq istədim, heç biri olmadı. Sosial şəbəkə səhifələrinə də yazdım, cavab vermədilər. Şikayət edəcəyimi bildirdim, lakin “nə istəyirsən, et”, - deyə bildirdilər”.

Şikayətçinin sözlərinə görə, buna oxşar hadisə yaxınlarından birinin də başına gəlib:

“Öz başıma gələndə anladım ki, "Pandora" həqiqətən də insanları aldadır. Əsl gümüş bilirsiniz, maksimum 3-4 aydan sonra qarala bilər. Amma mənə alınan qolbaq şəkildən göründüyü kimi sapsarıdır. Bildirim ki, qolbağın qiyməti 170 manatdır”.





Paylaş:


Müəllif : Tarix:
7-11-2019, 17:47
  


loading...
Загрузка...