reklam
» » Qulu Məhərrəmli: "Alışanov üçün 100 min "semiçka" puludur"

reklam

Qulu Məhərrəmli: "Alışanov üçün 100 min "semiçka" puludur"


"Mən əmin oldum ki, Azərbaycanda vicdanlı və dürüst insanlar var. Həqiqi sözə ehtiramla yanaşan insanlar mövcuddur. Hər-halda mənə istəsəydilər cəza verə bilərdilər. 100 min mənim üçün çox böyük məbləğdir. Ola bilər ki, Alışanov üçün bu "semiçka" puludur".

Bu fikri Əməkdar jurnalist Qulu Məhərrəmli İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olarkən AZTV rəhbərliyi ilə məhkəmə çəkişməsi barədə danışarkən bildirib.

O, əlavə edib ki, məhkəmə çəkişməsinə səbəb AZTV-ni tənqid etməsi olub: "Xoşbəxtlikdən məğlub olmadım. Mən AZTV-ni tənqid etmişdim və onun ünvanına Dostoyevskinin Folknerindən gələn ifadə işlətmişdim. Tənqidi fikirdir, bəlkə də bir az sərt demişdim. Deməli o, (Arif Alışanov) mənə buna görə cinayət işi açdırmağa nail olmuşdu. Məni həbs etdirmək istəyirdi. Bir də mülki qaydada iddia qaldırmışdı və məndən 100 min təzminat istəyirdi. Amma məhkəmə onun məğlubiyyəti ilə bitdi.

Əlbəttəki mənim məhkəmədə qalib gəlməyim şərtidir. Mən əmin oldum ki, Azərbaycanda vicdanlı və dürüst insanlar var. Həqiqi sözə ehtiramla yanaşan insanlar mövcuddur. Hər-halda mənə istəsəydilər cəza verə bilərdilər. 100 min mənim üçün çox böyük məbləğdir. Ola bilər ki, Alışanov üçün bu "semiçka" puludur". (BAKU.WS)

VİDEO BURADA


Paylaş:


Müəllif : Tarix:
7-11-2019, 13:17
  


loading...
Загрузка...