reklam
» » Qarabağ əlilinin rüşvət iddiasına cavab verildi - AÇIQLAMA

reklam

Qarabağ əlilinin rüşvət iddiasına cavab verildi - AÇIQLAMA


1971-ci il təvəllüdlü Ağcabədi rayon sakini Cəfərov Məhəddin Qaryağdı oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşının ondan pul istədiyini iddia edib.

M.Cəfərova redaksiyamıza göndərdiyi məktubda qeyd edib ki, 4 il könüllü olaraq Qarabağda döyüşüb və 5 qəlpə yarası, kəllə beyin travması (kontuziya) alıb.

O, pensiya üçün lazım olan sənədləri əldə etmək məqsədilə 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcəbədi rayon şöbəsinə müraciət etdiyini və buna görə ondan 7 min manat istədiklərini iddia edib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Axar.az-a bildirilib ki, M.Cəfərov Qarabağ döyüşlərində iştirak edərkən yaralanıbsa və stasionar müalicə alması barədə əlində tibbi sənədlər varsa, o, qeydiyyatda olduğu rayonda fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinə yaxınlaşmalıdır:

“Bu zaman orada M.Cəfərova aldığı xəsarətlərin müəyyən olunması üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndəriş verilir. Komissiya onun aldığı xəsarətlərlə bağlı qərar verdikdən sonra həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aidiyyəti şöbəsinə müraciət etməlidir”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən isə bildirilib ki, şikayətçi Qarabağ müharibəsi əlili olduğunu sübut etməsi üçün aidiyyəti qurumdan rəy almalıdır. Bundan sonra sözügedən şəxsə pensiya verilməsi üçün müvafiq proseslər icra ediləcək.


Paylaş:


Müəllif : Tarix:
17-10-2019, 15:45
  


loading...
Загрузка...