reklam
» » Ukrayna Milli Bankının keçmiş rəhbərinin evi yandırıldı

reklam

Ukrayna Milli Bankının keçmiş rəhbərinin evi yandırıldı

Ukrayna Milli Bankının keçmiş rəhbəri, hazırda axtarışda olan Valeriya Qontarevanın Kiyev ətrafındakı evi yandırılıb. Ukrayna KİV-lərinin xəbərlərinə görə, naməlum şəxs evə hasardan yandırıcı maye dolu qab, yaxud yandırıcı raket atıb. Nəticədə mülk təxminən 20 dəqiqədə yanıb kül olub.
Bir müddət bundan öncə Ukrayna Milli Bankının keçmiş rəhbəri Valeriya Qontareva Kolomoyskinin adamları tərəfindən təqib edildiyini bildirirdi. Habelə oliqarxının özünün də şəxsən onu açıq şəkildə təhdid etdiyini bəyan edib.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Qontareva Kolomoyskinin ona qarşı qəsd təşkil etdiyini bildirir. Belə ki, 2019-cu il avqustun sonlarında onu Londonda bir avtomobil vurub. Sentyabr ayında isə Kiyevdə bacısının avtomobili park edildiyi yerdə yandırılıb.
“Kiyev yaxınlığındakı Qoreniçi kəndindəki evimiz yadırılıb. Evin hasarının üstündən Molotov kokteyli atılıb. Ev tamamilə külə dönüb. Hətta yanğınsöndürənlər də söndürə bilməyiblər. Bu, qanunsuzluqdur. Mən bilmirəm hara müraciət edim, mənə qarşı hələ də terror davam edir”, - deyə keçmiş məmur söyləyib.
Bildirilir ki, Kolomoyski adamları Qontarevanın bəyanatına cavab olaraq, onun “nağıl uydurduğunu” bildiriblər.

Qontareva onu da qeyd edib ki, evində yanğın baş verən zaman tələfat olmayıb. Bu hadisədən sonra Ukrayna polisi “əmlakın məhv edilməsi” maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hadisə baş verən gecə hasarın üstündən evin həyətinə girən naməlum şəxs nəzarət kameralarına düşüb.
Qontarevanın evinin yandırılmasına Ukrayna prezidenti Vladimir Zelenski də reaksiya verib. O, baş vermiş hadisəni kobud cinayət adlandırıb və günahkarların tezliklə tapılmasını tapşırıb.
"Milli Bankın keçmiş rəhbərinin evində baş verən yanğın amansız bir cinayətdir. Bu cinayətin kim tərəfindən tördilməsini müəyyən etmək hüquq-mühafizə orqanlarının işində prioritet olmalıdır. Ukraynada keçmiş və ya mövcud mövqelərindən, siyasi baxışlarından asılı olmayaraq, hər kəs özünü təhlükəsiz hiss etməlidir. Təhlükəsizlik və şəxsi mülkiyyət hüququ toxunulmaz olmalıdır. (yalnız məhkəmə bu haqda qərar verə bilər.) ", - deyə dövlət başçısı bildirib.

Digər məlumatda qeyd edilir ki, PrivatBank-ın keçmiş sahibi oliqarx İqor Kolomoyski Milli Bankın keçmiş rəhbəri Valeriya Qntarevanın evindəki yanğının onun özünə sərfəli olduğuna eyham vurub.
"Çox güman ki, bu hadisədən sonra onu təhvil verməyəcəklər. İndi özünüz də düşünün" deyə müxbirin sualına cavab olaraq əlavə edib.
Kolomoyski ilə Qontareva arasında oliqarxa məxsus olmuş “PrivatBank”ın müsadirə olunması işinə görə münaqişə mövcuddur.
 


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 16:15
  


loading...
Загрузка...