reklam
» » Əfqanıstanda güclü partlayış - 24 ölü, 31 yaralı

reklam

Əfqanıstanda güclü partlayış - 24 ölü, 31 yaralı


Əfqanıstanın Pərvan əyalətində, Prezident Əşrəf Qaninin qərargahının yaxınlığında güclü partlayış baş verib.

Hadisə nəticəsində 24 nəfər həlak olub, 31 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış baş verən ərəfədə dövlət başçısı seçkiqabağı təşviqat kampaniyası çərçivəsində minlərlə insanın qarşısında çıxış etməyə hazırlaşırmış. Bildirilir ki, Prezident xəsarət almayıb.

Hələlik ekstremist qrupların heç biri hücumun məsuliyyətini öz üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda keçiriləcək. Konstitusiyaya görə, dövlət başçısı ikinci müddətə təkrar seçilmək imkanı ilə 5 il müddətinə seçilir.

Xatırladaq ki, Əşrəf Qani 2014-cü ildən ölkəyə rəhbərlik edir.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 13:54
  


loading...
Загрузка...