reklam
» » SON DƏQİQƏ! Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI (VİDEO)

reklam

SON DƏQİQƏ! Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI (VİDEO)


Kolumbiyanın Popayan şəhəri yaxınlığında “Piper PA-31-350” tipli təyyarə idarəetmədən çıxaraq, yaşayış evlərinin üzərinə düşüb.

AFP agentliyi xəbər verir ki, qəza nəticəsində 8 nəfər həyatını itirib. 1-i uşaq olmaqla 3 nəfər xəsarət alıb. Yaralılardan biri qəza zamanı yaxınlıqda olan 10 yaşlı uşaq olub. Xəstəxanaya yerləşdirilənlərdən ikisinin vəziyyəti ağırdır. Yerli mənbələrin iddiasına görə, kiçik layner yerli şirkətə məxsus olub. Qəza nəticəsində yaşayış evlərinə də ciddi ziyan dəyib. Zərbənin təsirindən laynerin hissələri ətrafa səpələnib.Sərnişinlərin kimliyi barədə rəsmi məlumat olmasa da, media onların arasında iki yerli məşhur idmançının olduğunu iddia edir.



Paylaş:


Müəllif : Tarix:
16-09-2019, 13:10
  


loading...
Загрузка...