reklam
» » Hökumət qüvvələri hücuma keçdi – “Taliban”ı mühüm vilayətdən çıxardı

reklam

Hökumət qüvvələri hücuma keçdi – “Taliban”ı mühüm vilayətdən çıxardı


Əfqanıstan rəsmiləri şənbə günütəhlükəsizlik qüvvələrinin beş ildən sonra ölkənin şimal-şərqində bir vilayəti Talibanın əlindən geri aldığını açıqlayıb. Əfqanınstanın digər vilayətlərində isə ağır döyüşlər davam edir.

Taliban nümayəndələri Əfqanıstanda 18 ildir davam edən müharibəyə son qoymaq məqsədilə Qətərdə Birləşmiş Ştatlarla sülh danışıqları apardığını bir vaxt, qrup hücumlarını artırıb.

Əfqanıstanın müdafiə naziri deyib ki, Badaxşan vilayətindəki Vardoc şəhərinə nəzarət uğrunda aparılan döyüş nəticəsində təxminən 100 Tliban qiyamçısı, o cümlədən onların əsas komandiri öldürülüb. Nazirlik Əfqanıstanın təhlükəsizlik qüvvələrinin “bu əməliyyatı böyük itkilər vermədən uğurlu bir şəkildə həyata keçirdiyini” bildirib.

Nazirlik bəyanatında Talibanın kölgə idarəçisi adlandırılan Qari Fasihuddinin də ölənlər arasında olduğunu iddia edib. Talibanın sözçüsü Zabihullah Mücahid isə hökümətin iddialarını rədd edib və Amerikanın Səsinə bildirib ki, vilayətdə döyüşlər hələ davam edir və Fasihuddinin öldürüldüyünə dair iddiaları “düşmən propaqandası” adlandırıb.
 
Badaxşan Əfqanıstanın üç qonşusu – Çin, Pakistan və Tacıkistanla – sərhəd bölüşür.

Taliban isə bu arada Kunduz, Taxar və Bağlan vilayətlərində hücumları davam etdirib, yeni ərazilər ələ keçirib və onlarla hökümət qüvvəsini öldürüb.
Mücahid şənbə günü bəyanatında bildirib ki, Taliban döyüşçüləri Kunduzun mərkəzi Qala Zal rayonununda Taliban döyüşçelərini mühasirəyə alıb. O deyib ki, qiyamçılar Bağlanın paytaxtı Pul-e-Xumridə irəliləyiş əldə edib.

Əfqanıstan rəsmiləri Talibanın iddiaları ilə bağlı heç bir şərh verməyib.
Bu arada isə İranın sərhədində qərbi Fərəh vilayətində ağır döyüşlər gedir. Həm Əfqanıstan rəsmiləri həm də Taliban vilayətin paytaxtında gedən döyüşlərlə bağlı ziddiyyətli iddialar irəli sürüb.

Cümə axşamı Taliban paytaxt Kabildə xarici ordu kovoyuna intiharçı bomba hücumu edib və nəticədə 10-dan çox insan öldürülüb. Ölənlər arasında bir amerikalı və bir rumıniyalı əsgər də olub. Beləliklə bu il orada ölən ABŞ ordu üzvlərinin sayı 16-a çatıb.



Paylaş:


Müəllif : Tarix:
8-09-2019, 10:40
  


loading...
Загрузка...