reklam
» » Türkiyədə fəlakət: 2 kənd boşaldıldı, evlər alovlandı

reklam

Türkiyədə fəlakət: 2 kənd boşaldıldı, evlər alovlandı


Türkiyənin İzmir şəhərinin Qarabağlar rayonunda başlayan yanğın Yuxarı Orxanlı kəndinə də yayılıb.
Küləyin təsiri ilə daha da güclənən yanğın digər ərazilərə keçib.
Məlumata görə, kənd boşaldılıb. Sakinlər buranı tərk etdikdən sonra yanğın evləri də cənginə alıb və bir neçə ev tamamilə yanıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Son məlumatlara görə, yanğın şiddətləndiyi üçün daha bir kənd boşaldılıb. Əraziyə 20-dən çox helikopter cəlb olunub.


Paylaş:


Müəllif : Tarix:
19-08-2019, 08:22
  


loading...
Загрузка...