reklam
» » Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib

reklam

Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb: “Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”.

Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq.
Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.


Paylaş:


Müəllif : Tarix:
17-08-2019, 21:51
  


loading...
Загрузка...