reklam
» » Səmada qeyri-adi hadisə - ƏRƏBLƏR ŞOKDA

reklam

Səmada qeyri-adi hadisə - ƏRƏBLƏR ŞOKDA


Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinin səmasında meteorologiyada “yırtıq bulud” kimi tanınan qeyri-adi atmosfer hadisəsi müşahidə olunub.

Regionxeberleri.com AZƏRTAC-a istinadla bildirir ki, görünüşünə görə uçan naməlum obyekti xatırladan buludun şəkli sosial şəbəkələrdə ajiotaj yaradıb.

Meteoroloq-alimlər izah ediblər ki, bu, anomal hadisə deyil, səma törəmələrinin xüsusi formasıdır. Sıx toplanmış buludların sahəsində bəzən dairəvi və yaxud ovalşəkilli kənarları düz işıq şüaları əmələ gəlir.

Qeyd olunur ki, səmadakı bu “boşluqlar” hava nəqliyyatı yanacağının yanma məhsulu olan nüvə kondensasiyasının əmələ gəlməsi nəticəsində yaranır.


Paylaş:


Müəllif : Tarix:
18-03-2019, 16:26
  


loading...
Загрузка...