reklam
» » Hindistanda 53 uşaq meyvədən zəhərlənərək ölüb

reklam

Hindistanda 53 uşaq meyvədən zəhərlənərək ölüb


Hindistanın şimal rayonlarında son 10 gündə liçi meyvəsini yedikdən sonra 53 uşaq ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli Səhiyyə Xidmətlərinin məlumatına görə, bütün ölüm halları bu ağaclarla dolu bağların olduğu Bihar ştatının Müzəffərpur vilayətində qeydə alınıb. Yoluxmuş insanların hamısında kəskin ensefalit sindromunun simptomları, eləcə də qanda qlükoza səviyyəsinin kəskin düşməsi müşahidə olunub. Bu isə liçinin tərkibindəki toksinlərin uşaqların orqanizminə düşməsinin nəticəsi ola bilər.

Hazırda yetkinlik yaşına çatmayan daha 40 uşaq oxşar simptomlarla reanimasiyadadır, həkimlər onların həyatları üçün mübarizə aparırlar.


Paylaş:


Müəllif : Tarix:
13-06-2019, 11:51
  


loading...
Загрузка...