reklam
» » Kaşıkçının nişanlısı Konqresə çağırış edib

reklam

Kaşıkçının nişanlısı Konqresə çağırış edib


İstanbulda konsulluqda qətlə yetirilən Səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının (Xaşuqi) nişanlısı Hatice Cengiz ABŞ Konqresinə müraciət edib. FaktXeber.com-un verdiyi məlumata görə, o, cinayətin üstündən 7 ay keçməsinə baxmayaraq ABŞ-ın hələ də bir addım atmamasını tənqid edib.

«ABŞ beynəlxalq bir istintaqı Konqres çərçivəsində həyata keçirə bilər. Cənab Tramp da Səudiyyə Ərəbistanla münasibətlərini bir kənara qoyaraq onlardan hesabat tələb edə bilər», - deyə o bildirib.

ABŞ nümayəndələr Palatası Xarici İşlər Komitəsi İnsan haqları alt komiətsində keçirilən iclasa qatılan Hatice Cengiz Kaşıkçı ilə tanış olduqlan sonrakı dövrlərdən danışıb:

"Böyük bir həyəcanla başlayan o dövrün oktyabrın 2-də bu şəkildə bitməsinə və dünyanın bu məsələdə heç bir iş görməməsinə hələ də inana bilmirəm",-deyib.

Donald Trampın onu dəvət etdiyi üçün Amerika idarəçiliyinin Kaşıkçı məsələsində bir addım atacağını düşündüyünü deyən R.Cengiz bununla belə aradan keçən 7 ay ərizində hələ də eyni nöqtədə olduqlarını bildirib.

«Oktyabrın 2-də əslində sadəcə Camal deyil, daha çox böyük dəyərlər – Amerikanın müdafiə etdiyi dəyərlər öldürülmədimi?», - deyə Cengiz sözlərini bitirib.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Sonradan onun diplomatik missiyanın binasında qətlə yetirildiyi məlum olub.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşıkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşıkçının İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi.

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir.

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Türkiyə Baş Prokurorluğu Kaşıkçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr isə Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.



Paylaş:


Müəllif : Tarix:
17-05-2019, 23:35
  


loading...
Загрузка...