reklam
» » Ombudsmandan Assancın həbsinə münasibət

reklam

Ombudsmandan Assancın həbsinə münasibət


Ekvadorun Ombudsmanı Xina Benavides “Vikiliks” qurucusu Culian Assancın həbs edilməsi qərarına münasibətini bildirib.

X.Benavides vurğulayıb ki, hökumətin bu qərarı Assancın vətəndaşlıq və sığınacaq hüququna, vətəndaşların sərbəst hərəkət qanununa, Ekvador konstitusiyasının müvafiq maddələrinə ziddir.

Ombudsman bu qərardan dolayı dərin narahatlığını da ifadə edib:

“Hərçənd, xarici işlər naziri bu qərarın ölkənin suverenlik prinsipinə əsaslanaraq qəbul edildiyini bildirib. Onu qeyd etmək lazımdır ki, insan hüquqları risk altında olanda, ölkənin suverenliyi mütləq anlam daşımır”.

Qeyd edək ki, bir neçə gün öncə Ekvador Assanca sığınacaq verməkdən imtina edib və o, bu ölkənin Britaniyadakı səfirliyindən çıxarıldıqdan sonra London polisi tərəfindən həbs edilib.


Paylaş:


Müəllif : Tarix:
15-04-2019, 08:33
  


loading...
Загрузка...