reklam
» » Gürcüstanda etirazlar davam edəcək - Müxalifət dialoqa “yox” dedi

reklam

Gürcüstanda etirazlar davam edəcək - Müxalifət dialoqa “yox” dedi

Gürcüstan müxalifəti Rustaveli prospektində etirazları davam etdirmək niyyətindədir və parlamentdə müzakirələrin keçirilməsi ilə razılaşmır.

Azvision.az “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu, 20-dən çox müxalifət partiyasının son görüşünün yekun nəticəsidir.
"Gürcü arzusu - Demokratik Gürcüstan" bazar ertəsi müxalifətə küçə etirazları əvəzinə, seçki sisteminin dəyişdirilməsi ilə bağlı siyasi müzakirələr keçirməyi təklif edib.

Bu gün isə etirazçılar Tbilisi şəhər məhkəməsinin binası yaxınlığında bir gün əvvəl Rustaveli prospektində saxlanılan mitinq iştirakçılarının sərbəst buraxılması tələbi ilə aksiya keçirəcəklər. Birləşmiş müxalifətin mitinqi parlament binası qarşısında axşam saat 19:00-a planlaşdırılıb.

Eyni zamanda, siyasi partiyaların rəhbərləri təkcə parlament binasında deyil, digər dövlət qurumlarının qarşısında da etiraz aksiyalarına davam etməyə hazır olduqlarını bəyan ediblər.

"Tələblərimiz yerinə yetirilməyincə, etirazımızı davam etdirəcəyik", - "Avropa Gürcüstanı - Azadlıq Hərəkatı" partiyasının liderlərindən biri Giqi Uqulava deyib.

Partiyanın digər lideri Giqa Bokeriya isə vurğulayıb ki, dialoq üçün resurslar tükənib.

"Dialoq başa çatdı və "Gürcü Arzusu" sözünü tutmadı. İndi İvanişvili dialoq formatına qayıtmağı təklif edir. Qoy, onlar alman modelini qəbul etsinlər və biz mürəkkəb məsələlər üzrə dialoqa hazırıq", - deyə Bokeriya əlavə edib.

Alman seçki modelinə keçid müxalifət partiyalarının əsas tələblərindən biridir. Bu model seçkilərin qarışıq bir sistemdə - proporsional və mojaritar qaydada keçirilməsini, yerlərin isə yalnız proporsional qaydada paylanmasını nəzərdə tutur.

Bundan əlavə, müxalifət liderləri bildiriblər ki, çərşənbə axşamı genişmiqyaslı etiraz mitinqinin tarixini elan edəcəklər və gələcəklə bağlı planları səsləndirəcəklər.


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 10:00
  


loading...
Загрузка...