reklam
» » Fələstinin «İslam cihadı» qruplaşması İsraillə müharibəyə hazırlaşır - Komandanın öldürülməsinə görə…

reklam

Fələstinin «İslam cihadı» qruplaşması İsraillə müharibəyə hazırlaşır - Komandanın öldürülməsinə görə…


Fələstinin hərbləşdirilmiş «İslam cihadı» qruplaşması (Qəzza sektorunda HƏMAS-dan sonra ikinci güc) noyabrın 12-də elan edib ki, İsrailə qarşı «müharibəyə hazırlaşır». Buna səbəb yəhudi dövlətinin müdafiə ordusu (SAXAL) dəqiq nöqtəvi zərbələrlə «İslam cihadı» qruplaşmasıın hərbi qanadının komandanı Baha Əbu əl-Atanı öldürməsidir. Bu barədə ingilis dilli «The Times of Israel» nəşri xəbər verib.

«Bu terrorçu cinayətlər təcavüzdür və fələstin xalqına müharibə elan etmək deməkdir. Düşmən bunlara görə, cavabdehlik daşıyır» – deyə, qruplaşmanın bəyanatında bildirilir.

«Əl-Qüds briqadaları («İslam cihadı»nın hərbi qanadı – red.) rəşadətli müqavimət hərəkatı öz döyüşçülərinin səfərbərliyini elan edib və bu təcavüzə görə, cavab zərbələri endirməyə başlayıb.

Qruplaşma Fələstin xalqının şərəfini qətiyyətlə və cəsarətlə qoruyacaq» – deyə, «İslam cihadı» bəyan edir.
Qeyd edilir ki, 42 yaşlı Baha Əbu əl-Ata hərbi şuranın ən görkəmli üzlərindən biri və Qəzza sektorunun şimal hissəsinin komandiri olub.

«Biz, Netenyahuya qarşı müharibəyə gedirik. O, bütün qırmızı xətləri keçib, «Əl-Qüds»ün komandirini öldürüb. Biz, (buna – red.) qətiyyətlə cavab verəcəyik» – bəyanatın mətnində deyilir.


Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 08:27
  


loading...
Загрузка...