reklam
» » Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi

reklam

Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi


Türkiyədə həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq edib.

Regionxeberleri.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aydın vilayətinin Efelər qəsəbəsində qeydə alınıb. Tanınmamaq üçün qadın paltarı geyinən 3 nəfər marketin şüşəsini sındırıb içəri daxil olaraq 2 kassa aparatını götürüblər. Aydın şəhər Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasından istifadə edərək oğrular – M.G., Y.Y. və S.B.nı tuta biliblər.

Saxlanılan şəxslər cinayət işi açıldıqdan sonra qapalı cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər. Araşdırma zamanı Y.Y.nın həbsxanadan qaçdığı üçün axtarışda olduğu müəyyən edilib.


Paylaş:


Müəllif : Tarix:
13-11-2019, 18:09
  


loading...
Загрузка...