reklam
» » Fransada tələbə özünü yandırdı və Makronu suçladı

reklam

Fransada tələbə özünü yandırdı və Makronu suçladı


22 yaşındakı bir fransız tələbə özünü yandırıb. BBC Türkcə xəbər verir ki, Lion şəhərində bir universitet restoranında özünü yandırmazdan bir neçə saat öncə o, Facebookda maddi problemlərinə dair bir status yazıb. O, sözügedən statusunda qatillərinin Fransa prezidenti Emmanuel Makron, ondan əvvəlki iki prezident, ifrat sağçı Marine Le Pen və Avropa Birliyi olduğunu deyib.

Yanğınsöndürənlər adamın 90 faizinin yandığını deyib. Lion Universitetində oxuyan gənc ayda 450 avro ilə dolanmağın maddi yükünü qaldıracaq gücü olmadığını, artıq bezdiyini bildirib. Tələbə Facebook statusunda “Bizi bölməkdən başqa heç nə etməyən faşizmə qarşı və qeyri-bərabərlikləri yaradan liberalizmə qarşı mübarizə edək” deyərək, medianı da qorxu mühiti yaratmaqda ittiham edib.

Gənc intihar etmək üçün işlək bir universitet restoranını seçməsinin səbəbini isə “siyasi bir səhnə hədəfləməsi” olaraq açıqlayıb. Tələbənin sevgilisi bu planların ona mesajla çatdırılmasının ardınca polisə xəbər verib. Fransadakı tələbə birlikləri də tələbələrin qarşılaşdıqları maddi problemlərə diqqət çəkən bir açıqlama yayıb.




Paylaş:


Müəllif : Tarix:
11-11-2019, 11:18
  


loading...
Загрузка...