reklam
» » İranda güclü zəlzələ - 5 ölü, 120 yaralı + Fotolar + Yenilənib

reklam

İranda güclü zəlzələ - 5 ölü, 120 yaralı + Fotolar + Yenilənib


İranın şimal-qərbində 5,8 bal gücündə zəlzələ olub. “TASS” nın məlumatına görə, dağıdıcı yeraltı təkan nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Zəlzələ Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Təbrizdən 118 kilometr aralıqda yerləşib.

Daha əvvəl xəbər verdiyimiz kimi, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

**

İranın şimal-qərbində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Məlumatına görə, azı 5 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.

Fövqəladə hadisə yerinə səkkiz xilasedici komanda göndərilib.






Paylaş:


Müəllif : Tarix:
8-11-2019, 08:24
  


loading...
Загрузка...