reklam
» » Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi

reklam

Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi


Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan doqquz min manat pul alaraq, Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. “İnterpol” xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Nəcəfov yeddi il müddətinə azadlıqdan məhrum olunub. V.Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 10:30
  


loading...
Загрузка...