reklam
» » 1 manatlıq taksilərin “bazarı bağlanır” - Yol polisi açıqladı

reklam

1 manatlıq taksilərin “bazarı bağlanır” - Yol polisi açıqladı


Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə 1 manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır.
Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və məsələ ilə bağlı tədbirlər görüləcək:

“Sürücülər “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”.


Paylaş:


Müəllif : Tarix:
16-09-2019, 16:39
  


loading...
Загрузка...