reklam
» » Təhsil nazirliyini bu biabırçı mənzərə narahat etməlidir... - FOTOFAKT

reklam

Təhsil nazirliyini bu biabırçı mənzərə narahat etməlidir... - FOTOFAKT

Şamaxının Sabir qəsəbəsində orta məktəb direktoru Gülnurə Babaşova növbəti dəfə xoşagəlməz faktla gündəmə gəlib. Onun tərəfindən şəhid A.Alxanova hörmətsizliyin fotoları yayılıb.

Regionxeberleri.com-un Reportyor.info-a istinadən məlumatına görə, A.Alxanov adına həmin məktəbin həyətində şəhidin heykəlinin qarşısında heyvanlar gəzişir.

Şəkillərdən görünür ki, inəklər məktəbin həyətinə daxil olub, şəhid abidəsinin önündə dolaşırlar. Ümumiyyətlə, şəhid büstü baxımsızdır, ətrafının abadlaşdırılmasına ehtiyac olduğu görünür.

Məktəbin direktoru G.Babaşovanı isə belə məsələlər maraqlandırmır. Lakin unudur ki, şəhidlər qürurumuzdur, xalq və torpaq uğrunda canlarını fəda ediblər. Direktor isə bu mənzərəyə tamaşa etməkdədir.

Yada salaq ki, G.Babaşova müəllimlərə maşın yuduzdurması videosu və xərac yığdırması, müxtəlif qanunsuz hərəkətlərə yol verməsi ilə gündəmə gəlmişdi.





Paylaş:


Müəllif : Tarix:
12-09-2019, 13:42
  


loading...
Загрузка...