reklam
» » Maşın etibarnamələrinin ləğvi gözlənilir: - “Yəqin ki, məsələ müsbət həll olunacaq”

reklam

Maşın etibarnamələrinin ləğvi gözlənilir: - “Yəqin ki, məsələ müsbət həll olunacaq”


“Mədəni ölkələrdə necədirsə, bizdə də elə olmalıdır. Bu olmursa, demək ki, özümüzlə bağlı problemimiz var. Məsələyə baxılmalıdır”. 

Bunu açıqlamasında millət vəkili Fazil Mustafa yaxın qohumlar arasında nəqliyyat vasitələrindən istifadə və idarəetmə hüququ üçün notarial qaydada təsdiq edilmiş etibarnamənin ləğvinə dair təklifərə münasibət bildirərkən deyib. Deputat bu məsələ haqda düşünməyin vacib olduğunu bildirib: 

“Hər halda məsələ haqda düşünmək lazımdır. Olduqca ciddi və vətəndaşı narahat edən məsələlərdən biridir. Parlament belə məsələləri ayrıca gündəliyə salmır. Amma bir neçə dəfə də parlamentdə məsələyə toxunulub. Yəqin ki, buna reaksiyalar olacaq və müsbət həll olunacaq. Qanun layihələrində dəyişiklik olur, müvafiq qurumlar onu göndərir, parlament isə müzakirə və təsdiq edir”. 

Məlumat üçün bildirək ki, bu günlərdə Özbəkistanda da nəqliyyat vasitələrindən istifadə üçün etibarnamə ləğv edilib. Bu ilin oktyabrından etibarən yaxın qohumlar arasında nəqliyyat vasitələrindən istifadə və idarəetmə hüququ üçün notarial qaydada təsdiq edilmiş etibarnamə götürüləcək. Dünyanın inkişaf etmiş ölkələrində də etibarnamənin tətbiqi mövcud deyil. 



Paylaş:


Müəllif : Tarix:
12-09-2019, 13:35
  


loading...
Загрузка...