reklam
» » “Səviyyəsizlik baş alıb gedir, bu cinayətdir”

reklam

“Səviyyəsizlik baş alıb gedir, bu cinayətdir”


“Əsl bəstəkarlar qalıb qıraqda, qeyri-peşəkarlar mahnı yazır. Bu da Azərbaycan mədəniyyətinə böyük zərbə vurur. O gün “İnstagram”da oxuyuram ki, müğənni bir mahnıya on min dollar pul verib. Ondansa, bu pulu peşəkar bəstəkarlara versinlər, səviyyəli mahnılar yazılsın, onlar da oxusun”.
Regionxeberleri.com bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov söyləyib. O, efirləri də sərt tənqid edib:
“Telekanallarda, səviyyəsizlik baş alıb gedir. Buna görə də Rusiya telekanallarına baxıram. Zövqsüzlük baş alıb gedir, elə mahnılar səsləndirilir ki, efirə baxmaq istəmirsən. Bu mahnılar efirə “tanışlıqla” ayaq açır. Son iyirmi il ərzində demək olar ki, irihəcmli musiqi əsərləri-opera, balet yazılmır. Musiqidən xəbəri olmayanlar adlarını bəstəkar qoyub, olmaz belə. Bu cinayətdir. On illərdir ki, musiqi mədəniyyətimiz inkişaf əvəzinə, geri gedir”.
Bəstəkar vətənpərvər ruhlu musiqilərin yazılmamasından da şikayətlənib:
“Bu gənc nəsil üçün vətənpərvər mahnılar yazılmalıdır ki, onlar da dinləsin. Yoxdur elə musiqilər, bəstələnmir. Bu gedişlə musiqi mədəniyyətimiz hara gedib çıxacaq?”


Paylaş:


Müəllif : Tarix:
10-09-2019, 10:04
  


loading...
Загрузка...