reklam
» » Azərbaycanda bu tarixdən havanın temperaturu DƏYİŞƏCƏK

reklam

Azərbaycanda bu tarixdən havanın temperaturu DƏYİŞƏCƏK


Avqustun 26-dan başlayaraq ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə aşağı düşəcək.

Xüsusilə də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperaturun azalması müşahidə olunacaq.

Regionxeberleri.com bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib:

“Ölkə ərazisində, xüsusilə də Bakıda və Abşeron yarımdasında avqustun 25-dən 26-na keçən gecə və 26-da gündüz sərin hava şəraiti müşahidə olunacaq. Temperatur təxminən 3-4 dərəcə aşağı düşəcək”.

A.Verdiyev qeyd edib ki, avqustun 23-də ölkə ərazində günəşli, yağmursuz və isti hava şəraiti davam edəcək:

“Bu gün Bakıda və Abşeron yarımadasında temperatur 34-38 dərəcə olacaq. Mərkəzi Aran rayonlarda 35-40, bəzi yerlərdə 42 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə isə 25-28 dərəcə isti olacaq. Avqust ayının 24-də yenə günəşli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyini cənub-şərq küləyi əvəz edəcək. Gündüz 33-36 dərəcə isti gözlənilir. Avqustun 25-də artıq şimal-şərq küləyinin gündüz arabir nisbətən güclənməsi gözlənilir. Həmin gün gündüz 30-34 dərəcə isti gözlənilir. Bölgələrdə avqustun 25-də əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı, yağış yağacağı gözlənilir”.


Paylaş:


Müəllif : Tarix:
23-08-2019, 13:18
  


loading...
Загрузка...