reklam
» » Sabah Bakıda neçə dərəcə isti olacaq?

reklam

Sabah Bakıda neçə dərəcə isti olacaq?


Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 35-37° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-7 %, gündüz 30-40% olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti°, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti təşkil edəcək.


Paylaş:


Müəllif : Tarix:
19-08-2019, 13:23
  


loading...
Загрузка...