reklam
» » Kardiologiya İnstitutu "təcrübə obyektinə" çevrilib - İDDİA

reklam

Kardiologiya İnstitutu "təcrübə obyektinə" çevrilib - İDDİA

Oqtay Şirəliyev “Sobsan” boyalarının kardiologiya sahəsində əvəzzsiz “pereparat” olduğunu kəşf edəndən sonra C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova bu qocaman səhiyyə ocağını çökdürmək üçün əlindən gələni etməkdədir. Səhiyyə naziri ilə qohumluğun komfortundan gen-bol yararlanan Gülnaz xanımın apardığı “islahatlar” İnstitutun inkişafından daha çox bir neçə şəxsin gəlir sahəsinə çevrilməsinə xidmət edir. Burada indi hər şeyi pul həll edir-təcrübə, bilik heç bir rol oynamır. Yalnız direktor və onun komandasının kriteriyalarına cavab verənlər önə çəkilirlər.
İlk öncə ondan başlayaq ki, Rubrika.az saytında Kardiologiya İnstitutu ilə bağlı tənqidi yazılar dərc olunanadan sonra G. Dadaşova nöqsanları düzəltmək əvəzinə bəzi KİV-lərdə özü haqqında mədhiyyələr dərc etdirməyə başlayıb. Az qala özünü Azərbaycan səhiyyəsinin xilaskarı, böyük elm xadimi kimi təqdim edən direktorun təqdim etdirdiyi statistik rəqəmləri və “inkişaf nağılları”nı isə hələ ki, nə görən var nə də eşidən. Həmin mədhiyyələrdə yazılanlar ancaq G.Dadaşovanın bər-bəzəkli kabinetində ola bilər, Kardiologiya İnstitutu isə relsdən çıxmış qatar kimi labüd uçuruma doğru getməkdədir.
G.Dadaşova vəzifəyə gələr-gəlməz Kardiologiya İnstitutunun peşəkar tibb personalına qarşı savaş açdı. Uzun illər burada çalışan,təcrübəli həkimlər heç bir səbəb olmadan institutdan uzaqlaşdırılır, əvəzinə direktorun “tələblərinə” cavab verən yeni kadrlar işə alınırlar. Təsəvvür edin ki, ağır xəstələr kateqoriyasından olan kardioloji xəstələrə yardım göstərən reanimasiya şöbəsinə kardioreanimasiya barəsində heç bir bilik və bacarığı olmayan, xəstələrə adi yardım etməyi belə bacarmayan Təvəkkül Yusifovu təyin edib. Dəfələrlə direktora T.Yusifovun işinin öhdəsindən gəlmədiyini bildirdikdə isə G.Dadaşova “eybi yox,kursa göndərərəm öyrənər” cavabını verib. Bax beləcə Kardiologiya institutunda xəstələr təcrübə obyektinə çevrilib, yeni kadrların təcrübə toplamasına xidmət edir.
G.Dadaşovanın gəlişindən sonra “dərman mafiyası” Kardiologiya İnstitutunda əl-qol açıb. İndi Kardiologiya İnstitutu kardioloji xəstələrə lazım olmayan bahalı dərman pereparatlarını və bioloji aktiv əlavələri təmsil edən dərman firmalarının əməkdaşlarının sevimli oylağıdır. Direktorla asanlıqla anlaşan bu firmaların məhsulları xəstələrə od qiymətinə satılır.
Rubrika.az saytına verilən məlumata görə direktorun köməkçisi Firuzə Fərəcovanı “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda öpzünü göstərir. Məsələn, olduqca bahalı “Epleramid” adlı sidikqovucu pereparatı Reanimasiya şöbəsinin “sevimli dərmanları” kateqoriyasına daxildir. Xəstəyə aidiyatı oldu-olmadı uzunmüddətli təyin olunan bu pereparata xəstələr böyük məbləğdə pullar xərcləyirlər. Halbuki bu dərmanın satışda xeyli ucuz analoqları da var.
G.Dadaşovanın Kardiologiya İnstitutunda apardığı yeniliklərdən biri barəsində əvvəlki yazılarımızda məlumat vermişdik. Onun kabinetləri,laboratoriyaları satışa çıxardığı barəsində artıq bilməyən yoxdur. Amma, xəstələrə ən vacib olan laboratoriyaları təmir etdirməyə direktor nədənsə nə pul tapır,nə də həvəs. Kardioloji xəstələrin ən ağır kateqoriyasına aid olan ürək çatışmazlığı olan pasiyentlərdə ağ ciyərlərdə mayenin durğunluğu nəticəsində boğulmalar,tənginəfəslik yaranırvə bu xəstələrə ağciyərlərin rentgenoskopiyasının aparılması zəruridir. Amma, G.Dadaşova Rentgen kabinetinin fəaliyyət göstərməsinə ehtiyac görmür. Məlumata görə rentgen aparatı təmir olunmalıdır, amma direktor buna da ehtiyac görmür. Səbəb isə çox sadədir-rentgen otağı o qədər də gəlir gətirmir. Əvəzində yaxşı gəlir gətirən,pul qazandıran exokardioqrafiya kabinetlərini sayı durmadan artaraq 15-ə çatıb. Ağır xəstələr isə rentgen olunmaq üçün digər xəstəxanaların qapılarında sürünməli olurlar.
O.Şirəliyevin Azərbaycan səhiyyəsinə vurduğu zərbələr haqqında dastanlar bağlamaq olar. İnanırıq ki, tezliklə səhiyyəmizin bu sağalmaz xəstəliyinin müalicəsi olacaq. O.Şirəliyevə isə məsləhət bilərdik ki, gedərkən öz qohum-əqrəbasını da səhiyyəmizdən yığışdırsın. Bəlkə bir az nəfəs aldıq...
Rubrika.Az


Paylaş:


Müəllif : Tarix:
19-08-2019, 09:56
  


loading...
Загрузка...