reklam
» » Yüz minlərlə manat cərimə yazıla bilər - Bakını tozanaqdan xilas etmək üçün yeni təklif

reklam

Yüz minlərlə manat cərimə yazıla bilər - Bakını tozanaqdan xilas etmək üçün yeni təklif


Hər dəfə Bakıda güclü külək əsəndə ətrafı toz-duman bürüyür, göz-gözü görmür, avtomobil qəzaları baş verir. Paytaxtdakı tozun əsas mənbəyi kimi isə aramsız davam edən tikinti işləri və daşkarxanaları göstərilir. Bakı ətrafında fəaliyyət göstərən onlarla daşkarxanaları arada bir cərimələnsələr də yenə də öz fəaliyyətlərinə davam edirlər.
Bakını tozdan xilas etmək üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı danışan ekoloq Telman Zeynalovun sözlərinə görə, daşkarxanalara tətbiq olunan cərimələr 100 minlərlə manata qaldırılmalıdır:

“Bakı ətrafında nə qədər istəyirsiz daşkarxanaları mövcuddur. Qaradağ rayonunda 100-lərlə saymaq olar. Nə qədər təbiəti dağıtmaq olar? Nə qədər pul qazanmaq olar? Yaxşı, bu daşkarxanalar işləsin, amma tozanaq üçün nasoslar quraşdırsınlar. Külək qalxdıqda, bu karxanaların üstü örtülməlidir. Nə ilə örtəcəklərini otursunlar düşünsünlər. Bunun kimi dünyada yüzlərlə proseslər baş verir amma onlar heç ətrafı çirkləndirmirlər".

Ekoloqun fikrincə Bakını toza qərq edən başqa səbəblər də var:

"Ağacları da kəsiblər, tozun önünü ala bilmirlər. Sovet dövründə də tozanaq var idi. Amma o vaxt bütün magistral yollar yuyulurdu. İndi baxan yoxdu. Şəhər İcra hakimiyyəti hara baxır?".

Ekoloq yaranmış vəziyyətə nəzarət üçün yeni bir qurum yaradılmasını məsləhət görüb:

“Əgər dövlətin yanında vəziyyətə real formada nəzarət edən qurum yaradılsa, Bakını çiçəyə çevirərlər, camaat tozanaq içində qalmaz. Ekologiya Nazirliyi daşkarxanalarını cəriməyir, amma 2000, 3000, 5000 manat. Bu elə də böyük məbləğ deyil. Yüz minlərlə manat cərimə yazsınlar, görüm onda da belə tozanaq olacaq? Bir də belə şeyə cürət edə bilməzlər”.


Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 16:59
  


loading...
Загрузка...