reklam
» » Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır - VERGİ ÖDƏMƏLİDİRLƏR

reklam

Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır - VERGİ ÖDƏMƏLİDİRLƏR


Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır. Biri var kiməsə borc verəsən, biri də var kredit. Söhbət kreditdən gedirsə, bu, qanunvericiliklə, Mülki Məcəllənin müəyyən maddələri ilə nəzərdə tutulur. Sələm verən şəxslər isə heç bir hüquqi normaları nəzərə almırlar.

Regionxeberleri.com FED.az-a istinadən xəbər verir ki, bunu vəkil Absələddin Əliyev deyib.

Onun sözlərinə görə, vətəndaşların sələmə pul verilməsi qeyri-qanunidir:

“Müqavilə əsasında olmadığı halda, vətəndaşın bir başqasına faiz qarşılığında, yəni sələmə pul verməsi qanunsuzdur. Düzdür, bu məqamlar çox vaxt tərəflər arasında əvvəlcədən şifahi şəkildə qarşılıqlı formada müəyyən edilir. Müəyyən məbləğə uyğun olaraq müvafiq faizlər təyin edilir. Amma sələmə verilən məbləğ daha çox olur və faiz tələbi də bəzən yüksək olur. Müəyyən bir məbləğin birbaşa faizə verilməsi sələm hesab olunur. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri olmadığı üçün bu, qanunsuz hesab edilir”.

Vəkil qeyd edib ki, sələm verən şəxs özü də əldə etdiyi gəlirin miqdarına uyğun olaraq vergi ödəməlidir:

“İkinci bir tərəfdən, sələmə pul verən şəxslər qanunsuz fəaliyyətlə vergidən də yayınırlar. Külli miqdarda gəlir əldə edən şəxs isə vergidən yayındığı üçün İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələri üzrə məsuliyyətə cəlb oluna bilər. Bundan başqa, faizlə pul verən şəxs, ilk növbədə, vətəndaşın hüququnu kobud şəkildə pozur. Gələcəkdə onun heç bir təminatı olmur. Digər tərəfdən isə dövləti aldadır. Yaxşı olardı ki, vətəndaşlar bu cür qanunsuz fəaliyyətlə məşğul olmasınlar”.

Xatırladaq ki, Azərbaycan Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.


Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 11:16
  


loading...
Загрузка...