reklam
» » Azərbaycanda 11 ildən sonra ikinci qəza — MiQ-29-un parametrləri (FOTOLAR)

reklam

Azərbaycanda 11 ildən sonra ikinci qəza — MiQ-29-un parametrləri (FOTOLAR)


Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu, ölkəmizdə MİQ-29-un ilk qəzası deyil. 

Bundan əvvəl 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə.Aslanovun meyiti bir neçə gün sonra dənizdə aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb. 
 
Image result for MiQ-29 2008-ci il qÉza

Məlumat üçün bildirək ki, MiQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. Təyyarə iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. Bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. 

Qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub. Bunlardan ən müasiri MiQ-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaq doldurma imkanlarına sahibdir. 
 
Image result for MiQ-29 2008-ci il qÉza

Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi hesab edilir. Belə ki, bu qırıcı indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olub. 

Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MiQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir. 
 
Image result for MiQ-29 qÉza

Qeyd edək ki, Azərbaycan 10-dan çox MİQ-29 təyyarəsinə sahibdir.


Paylaş:


Müəllif : Tarix:
25-07-2019, 13:14
  


loading...
Загрузка...