reklam
» » Abituriyentlər üçün qızıl kimi tövsiyələr – Diqqətli olun!

reklam

Abituriyentlər üçün qızıl kimi tövsiyələr – Diqqətli olun!


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları başa çatdı. İndi ondan da məsuliyyətli bir dövr, ixtisas seçimi dövrü başlayır. Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi kimi ciddi bir problem var. Təhsil eksperti Kamran Əsədov deyib ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Ekspert bununla bağlı vacib tövsiyələrini dilə gətirib.
Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.
Əziz abituriyentlər, sizi ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.
Amma 2019-cu ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar. 2018-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq.
Siz mütləq şəkildə 2018-ci ildə ixtisas qrupunuz üzrə sizinlə eyni və sizdən çox bal toplayan abituriyentlərin sayına və həmən ildəki plan yerlərinə baxmalısınız. 
İxtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir.
Bir daha qeyd edim ki, 2018-ci ildə bəzi aşağı bal formalaşmış ixtisasların plan yerlərini həmən ilə müqayisə edin. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı sizi yanılda bilər. 
Misal üçün, 2018-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 95 yer azalıb, 105 plan yeri olub. Bu o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər.
Başqa bir misal, 2018-ci ildə 278 keçid balının formalaşdığı Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasında 85 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 25 yer azalaraq 60 plan yeri olub. Deməli, bu ixtisası seçən abituriyentlər də diqqətli olmalıdırlar. 
Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs DİM-in jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçimi edə bilərlər.


Paylaş:


Müəllif : Tarix:
21-07-2019, 09:50
  


loading...
Загрузка...