reklam
» » Milyonlarla insan bu şəhərə getmək istəyir, yerli əhali isə qaçır - Fotolar

reklam

Milyonlarla insan bu şəhərə getmək istəyir, yerli əhali isə qaçır - Fotolar


Bu gün bir çoxlarının xəyalını bəzəyən San-Fransisko şəhərində vəziyyət fotolarda əks olunan kimi deyil.
San-Fransisko əhalisinin sürətlə azaldığı üzə çıxıb.
Bu barədə aparılan araşdırmaya görə, San-Fransisko ABŞ-ın ən sürətlə əhali itirən şəhəridir. Əhali arasında aparılan sorğular zamanı 100 nəfərdən 50-si şəhəri tərk etmək istədiyini deyib.
Bildirilir ki, bu qaçışa səbəb illərdir problem olaraq qalmaqda davam edən ev qiymətləridir. Şəhərdə qiymətlər o qədər yüksəlib ki, yerli sakinlər belə bu haldan narazıdır. Burada orta təmirli evlər 1.5 milyon dollara satılır. Evlərin yalnız 12 faizi normal qiymətə satılır və ya kirayəyə verilir.
Məlumata görə, illik gəliri 300 min dollardan aşağı olan insanlar şəhərdə hər şey baha olduğu üçün rahat yaşaya bilmirlər.



Paylaş:


Müəllif : Tarix:
20-07-2019, 13:08
  


loading...
Загрузка...