reklam
» » Nərimanov rayonunda “Sağlamlıq gülüşlə başlayar” adlı növbəti seminar keçirilib.

reklam

Nərimanov rayonunda “Sağlamlıq gülüşlə başlayar” adlı növbəti seminar keçirilib.

“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti seminar keçirib.

Seminarda Birliyin nümayəndəsi, eyni zamanda layihənin eksperti Ümidə Rəhimova, 34 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak etmişdir.

Çıxış edən “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda “Sağlamlıq gülüşlə başlayar” adlı seminarın eksperti Ümidə Rəhimova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Bakı şəhərində, ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək və onları bu sahədə maarifləndirməkdir. Ü.Rəhimova qeyd etdi ki, gözəl təbəssüm hər bir insana daha da təbii gözəllik verir. Gülüş heç nəyə dəymir, amma çox şey verir. Yaddaşlarda həmişəlik qalır. Elə varlı insan yoxdur ki, ona gülüş lazım olmasın. Elə kasıb insan da yoxdur ki, gülüşü alsa varlı olsun. Gülüş bizim evimizə xoşbəxtlik gətirir, mehribanlıq yaradır, sevinc və yaxşı əhval-ruhiyyə bəxş edir. Gülüş - bütün dostların paroludur. Gülüş - yorğunluğu aradan qaldırır, insana işıq, ay, günəş və ulduzlar bəxş edir. Onu nə satmaq olur, nədə almaq. Tez-tez gülün, yaxşı əhvalınızı bölüşün, bir gün həyatdan yorulub ümidinizi itirdikdə, siz cavab olaraq kiminsə gülüşünə güləcəksiniz. Həkimlərin fikrincə, əla antidepressant olan gülüş zamanı yaranan endorfin hormonu stresin orqanizmə təsirinin qarşısını alır, ağrıları yüngülləşdirir. Gülüş həm də əqli və fiziki əməyin, məşqlərin səmərəsinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş sosial həyata da müsbət təsir edir. Belə ki, ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar.

Sonda ekspert tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı









Paylaş:


Müəllif : Tarix:
18-07-2019, 14:32
  


loading...
Загрузка...