reklam
» » Türkiyədə məktəbə gedə bilməyən 8 yaşlı azərbaycanlı kömək istəyir - FOTO

reklam

Türkiyədə məktəbə gedə bilməyən 8 yaşlı azərbaycanlı kömək istəyir - FOTO

Türkiyənin Denizli vilayətində Azərbaycan vətəndaşı olan 8 yaşlı qız məktəbə gedə bilmir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Denizlinin Merkezefendi rayonunda yaşayan azərbaycanlı uşaq ailəsinin maddi vəziyyəti pis olduğu üçün lazım olan 5 min TL tapmadıqlarına görə təhsilindən geri qalıb.

Uşağın anası 34 yaşlı Bahar Beyazhançer 2016-ci ildə Azərbaycandan Türkiyəyə gedərək 52 yaşlı Murad Beyazhançer ilə ailə həyatı qurub. O, əvvəlki evliliyindən olan 8 yaşlı qızı Şəbnəm Beyazhançeri də özü ilə Türkiyəyə aparıb.

Özünə yaşama izni alan ana maddi vəziyyətdən dolayı balaca Şəbnəm üçün oturma izni ala bilməyib. Ona görə də Şəbnəm məktəbə gedə bilməyib.

Həmyerlimiz qızının təhsil ala bilməsi üçün müraciət edib: "2016-ci ildə evlənmək üçün Türkiyəyə gəldim. Çox şükür xoşbəxt bir ailəm var və ərim də yaxşı adamdır. Qızım uşaq bağçasına getdi, amma indi məktəbə getmir. O, burada 2017-ci ildən bəri qaçaq kimi yaşayır. Uşağım məktəbə getmək üçün hər gün ağlayır. Mən də onun məktəbə getməsini istəyirəm. İndi Azərbaycana giriş-çıxış etməliyəm. Ən az 4-5 min lirə lazım olduğu üçün gedə bilmirəm. Həyat yoldaşım da minimum məvaciblə işləyir. Xahiş edirəm uşağımın məktəbə getməsi üçün yardımçı olsunlar".




Paylaş:


Müəllif : Tarix:
17-07-2019, 17:02
  


loading...
Загрузка...