reklam
» » "Bütün regionlarda bruselyoz xəstəliyi yayılıb" - Nazirlikdən XƏBƏRDARLIQ

reklam

"Bütün regionlarda bruselyoz xəstəliyi yayılıb" - Nazirlikdən XƏBƏRDARLIQ


"Azərbaycanın bütün regionlarında bruselyoz xəstəliyi yayılıb”.

Regionxeberleri.com Bakupost-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi deyib.

"Vəziyyəti düzəltmək üçün heyvanlar arasında peyvəndləmə işləri aparırıq, amma hələ ki, xəstəliyin azaldığı müşahidə edilmir”, - deyə o, qeyd edib.

Nazirlik nümayəndəsi xəstə heyvanlarının sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də bruselyoz xəstəliyinin miqyası genişlənir.


Paylaş:


Müəllif : Tarix:
17-07-2019, 15:43
  


loading...
Загрузка...