reklam
» » Təhsil Nazirliyi ictimaiyyətə müraciət etdi

reklam

Təhsil Nazirliyi ictimaiyyətə müraciət etdi


2019-2020-ci tədris ili üzrə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

Təhsil Nazirliyindən verilən xəbərə görə, 2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək.

Hazırda ən çox baxış sayının I sinif "Azərbaycan dili (tədris dili)” dərslik layihəsinə aid olduğu müşahidə edilir.

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir.
apa-logo-mini


Paylaş:


Müəllif : Tarix:
24-06-2019, 11:37
  


loading...
Загрузка...