reklam
» » “Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib

reklam

“Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib


“Azerfon” MMC-nin (“Nar” ticarət nşanı) baş icraçı direktoru Qunnar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib. Dünyanın aparıcı İT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə martın 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb. Azərbaycan telekommunikasiya sahəsini sammitdə təmsil edən “Azerfon”-un baş icraçı direktoru Q.Panke müasir dövrdə rəqəmsal tranformasiya mövzusunda çıxış edib və rəqəmsal transformasiyanın telekommunikasiya şirkətlərinə verdiyi üstünlüklər barədə ətraflı danışıb. Böyük maraqla qarşılanan çıxışında Q.Panke bildirib: “Rəqəmsal transformasiyanın bir neçə əsas aparıcı istiqaməti var. Birincisi, getdikcə daha çox insanın smartfonlardan istifadə edərək daha çox rəqəmsal xidmətlərdən xəbərdar olmasıdır. İkincisi, qarşılıqlı rəqəmsal əlaqədir; Müştərilər birbaşa olaraq öz xidmət operatorları ilə əlaqə saxlamaq istəyir və bu mənada biznes sifariş, çatdırılma və xidmətin tam avtomatlaşdırılmasını dəstəkləyir. Növbəti istiqamət 5G texnologiyasının tətbiqidir. Böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi, məlumat mübadiləsi zamanı yaranan gecikmələrin minimal səviyyəyə endirilməsi yeni rəqəmsal tətbiqlərin və xidmətlərin yaranmasına imkan verəcək. Bu da bütün sahələrin rəqəmsal transformasiyasına təkan verəcək”. Q.Panke rəqəmsal transformasiya prosesinin gələcəkdə “Nar”-da tətbiqi strategiyası üzərində intensiv çalışıldığını vurğulayb.

Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb.

Qeyd edək ki, 3-cü Mərkəzi və Şərqi Avropa ölkələrinin İKT Sammitində yeni bazar trendləri, texnoloji nailiyyətlər, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumda Mərkəzi və Şəqi Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq, Türkiyə, Qafqaz regionundan İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları, eyni zamanda şəbəkə operatorları, IXP (Internet exchange point), ISPs (Internet service provider), OTTs (Over the top), təhlükəsizlik və digər həll provayderləri sahəsində 300-ə qədər mütəxəssis iştirak edib. Sammitin keçirilməsində məqsəd aparıcı telekommunikasiya şirkətlərinin rəhbərlərini bir araya gətirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqla, inkişaf edən telekommunikasiya mənzərəsində gəlirliliyi artırmaq üçün strategiyalar irəli sürməyə şərait yaratmaqdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir


Paylaş:


Müəllif : Tarix:
11-03-2019, 23:30
  


loading...
Загрузка...