reklam
» » Bu universitet müəllimlərinin maaşı artırıldı

reklam

Bu universitet müəllimlərinin maaşı artırıldı


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması istiqamətində daha bir addım atılıb.

Regionxeberleri.com bildirir ki, bu barədə Bakupost -a UNEC-dən məlumat verilib.

UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib.

Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.

Xatırladaq ki, 2015-ci ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə Differensial Əmək Haqqı Sistemi tətbiq olunur.


Paylaş:


Müəllif : Tarix:
14-06-2019, 17:33
  


loading...
Загрузка...