reklam
» » Azərbaycan təhsilində daha bir problem – “İmtina etmək lazımdır"

reklam

Azərbaycan təhsilində daha bir problem – “İmtina etmək lazımdır"


“Şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir. Amma dünya təhsil təcrübəsinə görə deyə bilərəm ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Həm də valideynlər səhər saatlarında işə gedir”.
Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu, uşaqların dərsə təhlükəsiz aparılması və gətirilməsi kimi məsələlərə də təsir göstərir:

“Pedaqoji araşdırmalara əsasən qeyd edim ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur.

İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin bir növbəli olması daha məqsədəuyğundur.

Ümumilikdə tədrisin iki növbəli olmasının mənfi tərəfləri çoxdur. Belə ki, şagird üçün gün yarıya bölünür. İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur. Valideyn həmin ərəfədə işdə olur və övladına nəzarət edə bilmir. Düzdür, uşaqların, əsasən də ibtidai siniflərdə təhsil alan şagirdlərin səhər saat 8 -də dərsdə olması, onların oyanmasında çətinliklər yaradır. Amma bu müvəqqəti olaraq baş verir”.

Ekspertin sözlərinə görə, şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir:

“Hesab edirəm ki, sıxlıq yaşayan məktəblər bu problemi illər üzrə növbəli etməklə həll edə bilərlər. Belə ki, bir tədris ilində səhər saatlarında oxuyan şagirdlər, növbəti ildə günota saatlarında dərsə getsinlər. Azərbaycanın ümumtəhsil məktəblərində yeni məktəblərin tikilməsi hesabına iki növbəli təhsil sistemindən imtina etmək lazımdır.

Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə bir növbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq.

Qeyd etdiyim məsələnin həll olunması üçün bu sahədə uzun müddətdir ki, araşdırma apardım. Qeyd olunun problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpuslar, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır. Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını kəskin şəkildə azaldıb”.


Paylaş:


Müəllif : Tarix:
13-06-2019, 14:30
  


loading...
Загрузка...