reklam
» » İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan DANIŞDI: - "Biznesmen idi, iş yerində..."

reklam

İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan DANIŞDI: - "Biznesmen idi, iş yerində..."


Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.

Regionxeberleri.com Report-a istinadən xəbər verir ki, Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur.

***

12:55

Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.

O, Unikal.org-a açıqlamasında bildirib ki, 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsi iş yerinin yaxınlığında tapılıb.

O diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: "Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından dünyasını dəyişib. Ölümündə hər hansı kriminal iz yoxdur".


Paylaş:


Müəllif : Tarix:
13-06-2019, 13:51
  


loading...
Загрузка...