reklam
» » “Deyəndə ki, şəhidin qanı yerdə qalmayacaq, yersiz rəylər bildirilir” — Polkovnik Ramaldanov

reklam

“Deyəndə ki, şəhidin qanı yerdə qalmayacaq, yersiz rəylər bildirilir” — Polkovnik Ramaldanov



“Qeyri-adi bir şey yoxdur. Biz müharibə şəraitindəyik. Gündə atəşkəs pozulur, yəni bizim hərbi bölmələr və hissələr təmas xəttində döyüş fəaliyyəti ilə məşğuldurlar. Əgər biz indi hər hansı aktiv əməliyyat keçirmiriksə, o demək deyil ki, müharibə yoxdur”.


Demokrat.az xəbər verir ki, bu sözləri “Yeni Sabah” açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov daha bir əsgərimizin şəhid olmasına münasibət bildirərkən deyib.


O bildirib ki, biz sülh şəraitində deyilik, sadəcə atəşkəs rejimidir, amma riayət olunmur.


“Qarabağ savaşı ilə bağlı bütün tarixçəmizə baxsaq elə zamanlar olur ki, cəbhədə vəziyyət gərginləşir, bəzən nisbətən sabitləşir. Atəşkəsin pozulması olur ki, gün ərzində 100-ə çıxır, bəzən 30-a düşür. Bəzən insanlar elə bilirlər ki, biz sülh şəraitindəyik, müharibə yoxdur, itki olmamalıdır. Əlbəttə, hər bir itki, hər bir şəhid bizim üçün kədərlidir, bizim ən ağrılı yerimizdir. Şəhid zirvəsinə ucalan hər bir şəxsə istər dövlət, istər cəmiyyət tərəfindən hörmət olunmalı və onların kədərinə şərik olmaq lazımdır. Ancaq itkiləri biz əvvəlcədən sığortalaya bilmirik, çünki müharibə gedir.


Aktiv olmasa da, passiv şəkildə müharibə davam edir. Bizim əsgərlərimiz vəzifə borclarını yerinə yetirərək səngərlərdədirlər.


Döyüş növbətçiliyi aparırlar, postları qoruyurlar. Yaşayış məntəqələrini, dinc sakinlərin həyatını, yaşayış təhlükəsizliyini təmin edirlər. Cəbhə xəttində gərginliyin artacağı ilə bağlı söhbətlər gedirdi. Çünki Ermənistanda qeyri-stabil vəziyyət olanda bu, ilk olaraq Dağlıq Qarabağda, təmas xəttində atəşkəs rejiminin pozulması, təxribatların aparılması ilə müşahidə olunur. Paşinyan hətta o dərəcəyə çatmışdı ki, o özü bununla bağlı xəbərdarlq etdi. O demişdi ki, Qarabağ planında maraqlı qüvvələr var və vəziyyəti cəbhədə pik həddə çatdıraraq gərginləşdirmək istəyirlər ki, Azərbaycan adekvat addım ataraq əks həmlə edərək öz torpaqlarını azad etməklə bağlı qərar qəbul etsin, sonra bunu atsınlar onun boynuna ki, sənin rəbərliyin altında bu torpaqlar gedib.


Bu çıxışı da onu göstərir ki, Dağlıq Qarabağda və cəbhə bölgəsində gərginlik müəyyən şəkildə çoxalacaq”.


Ş.Ramaldanovun sözlərinə görə təmas xəttində gərginlik artacaq:


“Döyük fəaliyyətidir. Birinci şəhid deyil veririk və təəssüflər olsun ki, bu vəziyyətdə sonuncu da olmayacaq. Ona görə ki, Ermənistan tərəfi daim təxribatlara əl atır. Bir ara təmas xəttində erməni snayperləri fəal işləyirdilər. Sonra bu məsələ qaldırıldı, müəyyən şəkildə bu snayperlər aralandı. Hətta biz tərəfdən də snayperlər işləyirdilər. Cəbhə bölgəsində snayper müharibəsi gedirdi. Danışıqlardan sonra bu məsələ nəzarət altına alındı. Bundan sonra itkilər azaldı.


Bizim şəhidimiz olanda cəbhədə hərbçilərimiz bunu çox həssas qəbul edirlər. Qisas almaq üçün bütün cəbhəboyu tədbirlər görülür. Ancaq yenə deyirəm bu bizi sığortalamır, çünki müharibə şəraitindəyik. Nə vaxt ki, biz torpaqlarımızı tam azad edəcəyik, antiterror əməliyyatı keçirib düşməni darmadağın edib bizim torpaqlardan qovacağıq və sərhədimizi bərpa edəcəyik onda bəlkə nəsə gözləmək olar”.


Ş.Ramadanov qeyd edib ki, zabitimizi itirəndən sonra cəbhə bölgəsində gərginlik daha da artıb:


“Bu məsələlər bir az gərginləşir. Çünki zabitimiz şəhid olandan sonra o tərəfdən də itkilər olub. Gərginlik çoxalan dövrdü. Sadəcə yerlərdə döyüş fəaliyyətini yerinə yetirərkən daha ciddi olmaq, təhlükəsizlik tədbirlərinə riayət etmək lazımdır. Düşünürəm ki, düşmən tərəfdən snayperlər fəaliyyətə başlayıblar. Bu şəraitdə lazımi tədbirlər görüləcək, müəyyən tapşırıqlar verilib.


Şəhid olanda bəzən sosial şəbəkələrdə elə qəbul edirlər ki, elə bil sülh şəraitində yaşayırıq. Şəhid sanki qonşu dövlətlə sərhəddədir. Biz düşmənlə üzbəüzük. Düşmən axtarışdadır, təxribata əl atır. Amma çoxsaylı təxribatların qarşısı da alınır.


Ancaq Ermənistanda olan gərginlik fonunda təmas xəttində də gərginlik artmaqdadır. Baxaq , hansı qərarlar qəbul ediləcək. Bəzən deyəndə ki, şəhidin qanı yerdə qalmayacaq yersiz rəylər bildirilir. Əsas odur ki, əsgərlərimiz cəbhə bölgəsində tapşırııqlarını yerinə yetirirlər. Şəhid zirvəsinə qalxan əsgərimiz də onu göstərir ki, onlar döyüş fəaliyyətindədir, yəni onlar hər an döyüşdədirlər. Onların həyatı təhlükəylə üz-üzədir. Buna baxmayaraq, bəzən onlar canı bahasına tapşırıqlarını layiqincə yerinə yetirirlər”.





Paylaş:


Müəllif : Tarix:
10-06-2019, 16:52
  


loading...
Загрузка...