reklam
» » Həvəskar rejissorlar özlərini təhlükəsizlik mövzusunda sınadılar

reklam

Həvəskar rejissorlar özlərini təhlükəsizlik mövzusunda sınadılar

27 may 2019
Mətbuatda qaz sızması, məişətdə diqqətsizlik nəticəsində baş verən yanğın təhlükəsi, zərərli vərdişlərlə bağlı hadisələr barəsində məlumatlara rast gəlirik. Bunların sırasında yol təlükəsizliyi və nəqliyyat qəzaları ilə bağlı xəbərlər üstünlük təşkil edir. Bu hadisələrin qarşısının alınmasında əsas çıxış yollarından biri vətəndaşların maarifləndirilməsidir. Məhs bunu görə də Holcim Azərbaycan şirkətinin hər il keçirdiyi Qlobal Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Günləri təkcə əməkdaşları deyil Qaradağ rayonundan olan gəncləri də əhatə etmişdir. Maarifləndirmə kampaniyasını daha da maraqlı etmək üçün Holcim Sahil qəsəbəsində yerləşən “Qaradağ Gənlər Evi” ilə birgə Qaradağ rayonundan olan gənclər arasında “Təhlükəsiz gələcək naminə” adlı video müsabiqə keçirmişdir.
Müsabiqənin şərtlərinə əsasən, təqdim edilən video materiallar: təhlükəsizlik kəmərindən istifadə, məişətdə qazın təhlükəsiz istifadəsi, spirtli və narkotik maddələrin insan sağlamlığına olan ziyanı, yol təhlükəsizlik qaydaları, ictimai yerlərdə yanğın təhlükəsizliyi və yanğın qarşısının alınması mövzularını əhatə etmişdir. Gənclər arasında təhlükəsizlik qaydalarına əməl edilməsi və eyni zamanda təhlükəsizlik mədəniyyətinin artırılması və onun gündəlik həyat tərzinə çevrilməsi əsas hədəf olaraq seçilmişdir.
Gənclərin səbirsizliklə gözlədiyi mükafatlandırma mərasimi “Qaradağ Gənclər Evi”ndə baş tutdu. Qaliblərinin mükafatlandırılması tədbirində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin Müavini cənab İntiqam Babayev, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Müavini xanım Təranə İsmayılova, Holcim Azərbaycan ASC-nin Baş Direktoru cənab Frederic Guimbal, Azərbaycan Respublikası “İş-İnşaat” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin Sədri cənab Umud Hüseynov iştirak etmişdirlər. İştirakçılar üçün əsas mükafat fondu yox özlərini həvəskar rejissor kimi sınamaq olmuşdur. Onlar bu tapşırığı layiqincə yerinə yetirdilər.
Qaliblər pul mükafatı və diplomlarla təltif olundular. Bir nəfər isə “Ən yaxşı aktyor” nominasiyası üzrə xüsusi hədiyyə ilə təltif olunmuşdur. Aşağıdakı linkdə 4 qalib olan video çarxı izləmək olar.
1-ci yer https://www.youtube.com/watch?v=iKmfXgKBG8A
2-ci yer https://www.youtube.com/watch?v=J7ZNnw05KKA
2-ci- yer https://www.youtube.com/watch?v=nWLguE4MNYI
3-cü yer https://www.youtube.com/watch?v=9fQuQaAIm3U
Sonda Holcim ASC-nin Baş Direktoru Frederic Guimbal qeyd etdi: “Bizim üçün insanların sağlamlığı önəmlidir və bu sahədə güzəştlərə yol verilmir. Hər bir kəs öz üzərinə düşən öhdəliyi daha yaxşı anlamalı və təhlükəsizliyə məsuliyyət daşımalıdır. Təhlükəsizlik qaydalarına əməl etmək hər birimizin öhdəliyidir”.
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.







 


Paylaş:


Müəllif : Tarix:
27-05-2019, 15:51
  


loading...
Загрузка...