reklam
» » Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu - 22 milyardı var

reklam

Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu - 22 milyardı var


“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu, 28 yaşlı Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.
Nüfuzlu “Forbes” jurnalının artıq dördüncü ildir ki, tərtib etdiyi hesabata görə Y. Ələkbərov 21,8 milyard dollar sərvətə malikdir. Qeyd edək ki, Y. Ələkbərov ötən il də 17 milyard dollarla siyahıda ilk yerdə olub.
Ümumilikdə 238 milyard dollara sahib 48 varisin yer aldığı siyahıda ikinci yerdə “Sibur” və “Novatek” səhmlərinin sahibi Leonid Mihelsonun övladları- qızı Viktoriya və 2015-ci ildə dünyaya gəlmiş oğlu (adı açıqlanmır) qərarlaşıb. Varislərin hər birinin payına 12,2 milyard dollar düşür.
Üçüncü yerdə “Novolipetsk metallurgiya kombinatı” və “Universal Cargo Logistics Holding”  nəqliyyat-logistika şirkətinin sahibi Vladimir Lisinin uşaqları- Yuri və Anastasiya yer tutub ki, onların hər birinin ayrılıqda 7,6 milyar dollar sərvəti var.
“Forbes”in qiymətləndirməsinə görə, 2018-ci ildə Rusiyanın ən zəngin biznesmeni 24 milyard dollar sərvətlə Leonid Mihelson olub. İkinci yerdə Vladimir Lisin (21,3 milyard dollar), üçüncü yerdə isə Vahid Ələkbərov (20,7 milyard dollar) olub. 



Paylaş:


Müəllif : Tarix:
23-05-2019, 13:53
  


loading...
Загрузка...