reklam
» » Ədalət mühakiməsinin effektivliyi təmin ediləcək, məhkəmələrin nüfuzu artırılacaq - PA rəsmisi

reklam

Ədalət mühakiməsinin effektivliyi təmin ediləcək, məhkəmələrin nüfuzu artırılacaq - PA rəsmisi


"Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir".

ONA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.

"Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Fərmanına toxunan sektor müdiri bildirib ki, Fərmanda əsas istiqamətlərdən biri də məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır.

Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var: "Bütövlükdə Fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi və məhkəmələrin nüfuzunun artırılmasıdır".

Fərmanda hər bir sahə üzrə konkret tapşırıqların müəyyənləşdirildiyini vurğulayan V. İsayev qeyd edib ki, cinayət mühakiməsinin icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsi davam etdiriləcək.


Paylaş:


Müəllif : Tarix:
20-05-2019, 11:00
  


loading...
Загрузка...