reklam
» » Deputat vəd verdi: - “İki jurnalistə bilet ala bilərəm”

reklam

Deputat vəd verdi: - “İki jurnalistə bilet ala bilərəm”

Xəbər verdiyimiz kimi mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyunu üçün 5000 bilet satışdadır.

Maraqlıdır, görən millət vəkili, yazıçı, məşhur futbol azarkeşi Aqil Abbas və “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid jurnalistlərə və ya 10 sanballı saytın baş redaktoruna bilet alıb oyuna dəvət edə bilərmi?

Regionxeberleri.com xəbər verir ki, Moderator.az-ın sualını cavablandıran A.Abbas baş redaktorlara yox, muxbirlərə bilet almağa hazır olduğunu bildirdi:

“Baş redaktorlara bilet ala bilərəm, amma onlar özlərinə bilet ala bilmirsə, baş redaktorluqdan istefa versinlər. Muxbirlərə alaram, amma baş redaktora bilet almaram. Baş redaktor əgər bir futbol oyunu üçün bilet ala bilmirsə, niyə sayt işlədir? Bu günə kimi “Qarabağ”ın oyununa neçə adama 50 manatdan bilet alıb vermişəm, amma bunu heç kimə demirəm və mətbuata da açıqlamamışam. Çünki kişi elədiyini deməz. Hamıya yox, Moderator.az və Modern.az-ın bir muxbirinə bilet ala bilərəm. İkisi də Qarabağlıdılar deyə yerlipərəstlik edirəm”.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyin katibi Rəşad Məcid isə saytımıza bildirdi ki, həmin final oyunu ilə bağlı kiməsə bilet almaq kimi bir niyyəti yoxdur:

“Vallah nə elə bir niyyətim, nə də imkanım var. Onlar yəqin ki, bahalı biletlərdir. Hansısa bir qurum dəvət etsə, sayt rəhbəri kimi biz də gedib oyuna tamaşa edərik”


Paylaş:


Müəllif : Tarix:
14-05-2019, 17:50
  


loading...
Загрузка...