reklam
» » Gömrük qaydalarında dəyişiklik - Bunu etməyənlər cəzalanacaqlar

reklam

Gömrük qaydalarında dəyişiklik - Bunu etməyənlər cəzalanacaqlar


“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edilib.

Bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Bundan başqa, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.



Paylaş:


Müəllif : Tarix:
21-04-2019, 14:15
  


loading...
Загрузка...