reklam
» » Vilayət Eyvazov vətəndaşları qəbul edib

reklam

Vilayət Eyvazov vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.


Paylaş:


Müəllif : Tarix:
20-04-2019, 15:03
  


loading...
Загрузка...